Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan “Vətənimə gedən yol” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Xocalı faciəsinə həsr olunan rəsm sərgisinə baxıblar.   Sonra Xocalı qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən AzTU-nun tədrsi işləri üzrə prorektoru Nurəli Yusifbəyli Xocalı soyqırımının bəşər tarixinin ən dəhşətli faciəsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Tarixçi Vasif Qafarov builki anım tədbirində kədər və qürur hissələrinin eyni anda yaşandığını və Xocalı qurbnlarının ruhunun şad olduğunu qeyd edib. Vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü və yenilməzliyi sayəsində ötən il keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycanın hər yerində, o cümlədən Xocalıda Azərbaycan bayrağı dalğalanır. Çıxışlardan sonra tələbələrin ifasında Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirilib. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan “Vətənimə gedən yol ..

2024-02-26
AzTU

AzTU SAP Universitetlər Alyansına üzv oldu

Azərbaycan Texniki Universiteti (AzTU) Almaniyanın müəssisə resurslarının planalaşdırılması sahəsində məşhur proqram təminatı şirkəti olan SAP-ın Qlobal SAP Universitetlər Alyansına üzv olub. Alyansın məqsədi SAP-ın məhsulları, şirkətin tədris və tədqiqat sahələrində həyata keçirdiyi layihələr barədə üzv universitetləri məlumatlandırmaq və onlarla birgə təşəbbüsləri həyata keçirməkdir. AzTU-nun üzv seçilməsi və bununla bağlı imkanların müzakirəsi məqsədilə Alyansın region üzrə meneceri Yuri Kuprianovun iştirakı ilə universitetdə görüş keçirilib. Görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, universitetin İctimai şurasının sədri Osman Gündüz, İqtisadiyyat və statistika kafedrasının müdiri Arzu Süleymanov, Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının professor-müəllim heyəti iştirak edib. Söhbət zamanı Alyansın univeristetlər üçün yaratdığı imkanlar, habelə AzTU-nun professor-müəllim heyəti, tələbələr və tədqiqatçıların fevral ayından başlayaraq SAP-nin qlobal təlim sessiyalarına cəlb olunması və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan Texniki Universiteti (AzTU) Almaniyanın müəssisə resurslarının planalaşdırılması sahəsində məşhur proqram təminatı şirkəti olan SAP-ın Qlobal SAP Universitetlər Alyans ..

2024-02-23
AzTU

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri müzakirə olunub. Bundan başqa, AzTU-nun 2023-cü ildə elmi-tədqiqat və innovasiya fəaliyyəti barədə hesabat dinlənilib. İclasda “AzTU-nun 2024-cü il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı” təsdiqlənib. Daha sonra cari məsələlərə baxılıb. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri müzakirə olunub. Bundan b ..

2024-02-23
AzTU

Employees of the famous German company held a seminar at AzTU

Representatives from the globally renowned German industrial electronics company “Rohde & Schwarz” conducted a seminar on telecommunications at Azerbaijan Technical University (AzTU).   The event was attended by AzTU's faculty members, students, and representatives of companies operating in the fields of telecommunications and satellite communications.   During the seminar, the company’s representatives delivered presentations on the latest advancements across various industrial sectors, including computer and telecommunications networks, satellite communications, and measurement and testing systems. They also discussed the company's innovative solutions in these areas. Following the presentations, “Rohde & Schwarz” representatives addressed questions from both faculty members and students.   At the conclusion of the seminar, AzTU’s faculty from the relevant departments and company representatives explored potential opportunities for future collaborative research.

Representatives from the globally renowned German industrial electronics company “Rohde & Schwarz” conducted a seminar on telecommunications at Azerbaijan Technical University (AzTU). The event ..

2024-02-23
AzTU

Azərbaycan Texniki Universiteti və İdarəetmə Sistemləri İnstitutunun elmi şuralarının birgə iclası keçirilib

21 fevral 2024-cü il tarixində İdarəetmə Sistemləri İnstitutu (İSİ) və Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Tədbirdə hər iki elmi müəssisənin idarə heyəti, Elmi şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları, professor və müəllim heyəti iştirak ediblər. İclası giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov qonaqları salamlayıb, gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Texniki Universiteti və İdarəetmə Sistemləri İnstitutu arasında 23 yanvar 2024-cü il tarixində imzalanan “Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu”ndan irəli gələn məsələlər ətrafında çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev memorandum çərçivəsində həyata keçiriləcək layihələrin ölkədə elm və təhsilin inteqrasiyası, mövcud elmi potensialın qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm rol oynayacağını qeyd edib. Sözügedən elmi müəssisələr arasında əməkdaşlıq əlaqələrinin inkişafında qarşıda duran hədəflərdən bəhs edən professor memorandumun əsas bəndlərindən irəli gələn məsələlərə nəzər salıb. V.Vəliyev rəhbərlik etdiyi elmi müəssisənin strukturu, əsas fəaliyyət istiqamətləri, kadr potensialı, gənclərin elmə cəlb olunması, beynəlxalq əməkdaşlıq əlaqələri barədə şura üzvlərinə ətraflı məlumat verib. Universitetdə hazırda on iki minə yaxın tələbənin bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil aldığını bildirən rektor ölkədə sənayenin inkişafına istiqamətlənən ixtisaslar üzrə Nəqliyyat və logistika, Energetika və avtomatika, Maşınqayırma və robototexnika, İnformasiya və telekommunikasiya texnologiyaları, Alman mühəndisliyi kimi ümumilikdə səkkiz faültə üzrə tədrisin həyata keçirildiyini bildirib. Təhsilin keyfiyyətinin artırılması istiqamətində beynəlxalq təcrübələrdən yararlanmağın önəmini vurğulayan professor Türkiyənin İstanbul Texniki Universiteti, Qazi Universiteti, Ankara Universiteti  və digər ali məktəbləri, o cümlədən alman konsepsiyasına uyğun dünyanın qabaqcıl ali təhsil müəsissələri ilə AzTU arasında mövcud mübadilə və ikili diplom proqramları barədə söz açıb. Rektor Azərbaycan iqtisadiyyatının inkişafına hədəflənən aktual elmi sahələrin müəyyənləşdirilməsi, müvafiq elmi tədqiqatların həyata keçirilməsi və sənayedə tətbiqi, xüsusən də təhsilin magistratura və doktorantura səviyyələri üzrə  gənc kadr potensialının inkişafı istiqamətlərində İdarəetmə Sistemləri İnstitutu kimi böyük tarixə malik, qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlığın mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində tədris olunan baza ixtisasların İdarəetmə Sistemləri İnstitutunun süni intellekt texnologiyaları, əşyaların interneti (İoT), robototexnika və digər sahələrilə uyğun olduğunu bildirən professor bu istiqamətdə İSİ alimlərinin təcrübəsindən yararlanmağın əhəmiyyətini qeyd edib. Sonra İSİ-nin baş direktoru akademik Əli Abbasov çıxış edərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, strukturu, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri və aparılan fundamental elmi tədqiqatlar barədə məlumat verib. Qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq institutda həyata keçirilən “Əşyaların interneti” əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin hazırlanması, xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının idarəetmə sisteminin və müvafiq proqram təminatının işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları və tətbiqi kimi layihələrdən söz açıb. Akademik yerli və beynəlxalq elmi qurumlarla mövcud əməkdaşlıq əlaqələri, son illərin bibliometrik göstəriciləri, alınmış patent və qrantlar, həmçinin institutun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosu (XKB) tərəfindən istehsalatda tətbiq olunan elmi-tədqiqat işlərindən bəhs edib. Ə.Abbasov ötən il İSİ-nin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfrans və seminarlar, respublika konfransları və elmi sessiyalar haqqında şura üzvlərinə məlumat verib, Azərbaycanda ilk  dəfə olaraq virtual robotların təqdimatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiyanın əhəmiyyətini xüsusilə vurğulayıb. “Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu”nun önəmini vurğulayan Ə.Abbasov onun Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində imzalandığını bildirib. Memorandumun imzalanmasında əsas məqsədin iki qurum arasında əməkdaşlığı yeni mexanizmlər əsasında inkişaf etdirmək, kadr və təcrübə mübadiləsi aparmaq, elmin inkişafına və maliyyələşdirilməsinə dəstək verməkdən ibarət olduğunu qeyd edib. Çıxışının sonunda Ə.Abbasov İSİ və AzTU arasında yeni məzmunda qurulan əməkdaşlıq əlaqələrinin süni  intellekt texnologiyaları sahəsində aktual elmi tədqiqatların aparılmasına, texnologiya transferinin həyata keçirilməsinə və əldə olunan mühüm elmi nəticələrin sənayedə tətbiqinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Daha sonra AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov Radiotexnika və telekommunikasiya mühədisliyi proqramı üzrə SABAH qruplarında bakalavr hazırlığının İdarəetmə Sistemləri İnstitutunun mütəxəssisləri ilə birgə həyata keçirilməsi barədə çıxış edib.  Qeyd edib ki, sözügedən müəssisələr arasında ikitərəfli elmi əlaqələrin təkmilləşdirilməsinin ən önəmli məqamlarından biri də məhz gənc kadr potensialının inkişaf etdirilməsidir. Azərbaycanın əlverişli coğrafi və siyasi mövqeyi səbəbilə transmilli layihələrin reallaşmasında aktiv rola malik olduğunu bildirən M.Həsənov ölkəmizin Avropa və Asiya arasında həm təbii ehtiyatlar, həm də texnologiya transferində oynadığı mühüm roldan bəhs edib. “Azerbaijan Digital Hub” proqramı və Aktau-Siyəzən marşrutu üzrə sualtı optik xəttin çəkilişi layihəsindən söz açan M.Həsənov Azərbaycan elminin inkişafı və nəticələrin sənayedə tətbiqi istiqamətində Radiotexnika və telekommunikasiya mühədisliyi üzrə gənc kadrların yetişdirilməsinin önəminə toxunub. Bu sahədə İSİ ilə qurulacaq əməkdaşlıq əlaqələrinin dronların məsafədən idarə olunması, boş fəzada optik siqnallar vasitəsilə informasiya təhlükəsizliyinin təmin olunması, elektromaqnit buzlaşmanın qarşısının alınması kimi məsələlərin həllində səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Sonra AzTU-nun Elm və innovasiyalar üzrə prorektoru, t.e.d., professor Sübhan Namazov və İSİ-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev gündəlikdən irəli gələn məsələlər ətrafında çıxış ediblər, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə AzTU-da  telekommunikasiya texnologiya və sistemləri, mexatronika və sənaye (İoT) sahələrində aparılan tədqiqat işlərinin İSİ-də aparılan müvafiq tədqiqat işləri ilə unifikasiyası və birgə layihələrin yerinə yetirilməsi imkanları və AzTU tərərfindən daxili “Qrant Layihəsi Müsabiqəsi”nin elan olunması üçün prioritet elmi iqtiqamətlərin seçilməsi və müsabiqənin keçirilməsi şərtləri haqqında layihələrin icrası istiqamətində müvafiq tapşırıqlar səsləndirilib. Daha sonra İSİ-nin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və professor Sübhan Namazov cari ildə İSİ-nin təşkilatçılığı keçiriləcək beynəlxalq konfranslar barədə çıxış ediblər, bu sahədə İSİ və AzTU arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. İclasda, həmçinin iki qurum arasında birgə tədqiqatların həyata keçirilməsi, qrant layihələrdə iştirak, dərsliklərin, tədris resurslarının hazırlanması və digər istiqamətlərdə geniş fikri mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

21 fevral 2024-cü il tarixində İdarəetmə Sistemləri İnstitutu (İSİ) və Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Tədbirdə hər iki elmi mü ..

2024-02-22
AzTU

An event dedicated to the International Mother Language Day was held at AzTU

Representatives from the globally renowned German industrial electronics company “Rohde & Schwarz” conducted a seminar on telecommunications at Azerbaijan Technical University (AzTU).   The event was attended by AzTU's faculty members, students, and representatives of companies operating in the fields of telecommunications and satellite communications.   During the seminar, the company’s representatives delivered presentations on the latest advancements across various industrial sectors, including computer and telecommunications networks, satellite communications, and measurement and testing systems. They also discussed the company's innovative solutions in these areas. Following the presentations, “Rohde & Schwarz” representatives addressed questions from both faculty members and students.   At the conclusion of the seminar, AzTU’s faculty from the relevant departments and company representatives explored potential opportunities for future collaborative research.

Representatives from the globally renowned German industrial electronics company “Rohde & Schwarz” conducted a seminar on telecommunications at Azerbaijan Technical University (AzTU). The event ..

2024-02-21
AzTU

AzTU-da ENGAGE layihəsi çərçivəsində məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində akademik heyət üçün məlumatlandırma sessiyası keçirilib. Sessiya zamanı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah ENGAGE layihəsinin qısa icmalı, layihə çərçivəsində həyata keçirilən səfərlər və qazanılmış təcrübələr haqqında məlumat verib. Eyni zamanda, layihənin Avropa tərəfdaşları olan İsveçin Kral Texnologiya Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti, İspaniyanın Kataloniya Politexnik Universiteti və Portuqaliyanın Lissabon Universitetində mövcud sahibkarlıq ekosistemi haqqında təqdimat nümayiş olunub, Azərbaycan universitetlərində tətbiq oluna biləcək yeniliklər müzakirə olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində aka ..

2024-02-20
AzTU

Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu

İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Görüşdə hər iki elmi müəssisənin professor və müəllim heyəti, alim və mütəxəssisləri, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər. Əvvəlcə AzTU-nun rəhbərliyi və digər məsul əməkdaşları institutun AzScienceNet, Tədris-İnnovasiya, Multimedia Texnologiyaları və Elektron Kitabxana Mərkəzi ilə yaxından tanış olublar. Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq ali məktəblə elmi müəssisənin elm, təhsil və innovasiyanın inteqrasiyası naminə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə dövlət başçısı İlham Əliyevin müvafiq dövlət qurumları və alimlərin qarşısına mühüm strateji vəzifələr qoyduğunu söyləyib. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrə əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə ciddi tapşırıqların verildiyini bildirib.   Akademik Rasim Əliquliyev Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, praktiki vəzifələr barədə məruzə ilə çıxış edib. İnstitutun əsas elmi problemləri və prioritetləri, bu elmi müəssisədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, elmi və texnoloji dəstək qrantları, AzScienceNet şəbəkəsinin xidmətləri, institutun kadr potensialı, həmçinin Azərbaycan Texniki Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlığın tarixi haqqında məlumat verib. Alim iki qurum arasında əməkdaşlıq çərçivəsində AzScienceNet şəbəkəsi, Data Mərkəz, Elektron Kitabxana və Tədris-İnnovasiya Mərkəzinin imkanlarından istifadənin nəzərdə tutulduğunu qeyd edib. Daha sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edib. O, universitetin əsas fəaliyyət istiqamətləri, qarşısında duran vəzifələr və prioritetlər, bu ali məktəbdə həyata keçirilən layihələr, əməkdaşlıq əlaqələri və s. haqqında ətraflı məlumat verib. Vilayət Vəliyev İnformasiya Texnologiyaları İnstitutu ilə elmi-tədqiqat üzrə birgə fəaliyyətlə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə edib. Texniki Universitetin bu elmi müəssisənin qabaqcıl təcrübəsindən, elmi potensialı və imkanlarından səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb. Professorun sözlərinə görə, AzTU-nun əsas prioritet istiqamətləri bilavasitə informasiya texnologiyalarının inkişafı, kibertəhlükəsizlik problemləri, süni intellekt həllərinin yaradılması kimi çox ciddi, aktual və ölkə əhəmiyyətli məsələlərin həllinə yönəlib. Rektor AzTU-da İT Departamentinin yenidən qurulmasında İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin imkanlarından istifadə olunmasının vacibliyindən də danışıb. AzTU-nun İnformasiya Texnologiyaları İnstitutunda gedən rəqəmsallaşma və innovasiya proseslərinə inteqrasiyasının məqsədəuyğun olduğunu qeyd edib: “Bu, universitetin resurslarına qənaət edilməsi, yeni baxışların ortaya qoyulması və daha səmərəli elmi tədqiqatların aparılması üçün geniş imkanlar yaradacaq”. Vilayət Vəliyev eyni zamanda AzTU tərərfindən daxili “Qrant Layihəsi Müsabiqəsi”nin elan olunması üçün prioritet elmi istiqamətlərin seçilməsi və müsabiqənin keçirilməsi şərtləri haqqında məlumat verib. Tədbirdə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev də çıxış edərək kibertəhlükəsizlik ixtisası üzrə SABAH Magistri Proqramında təhsil alan magistrantların hazırlığının İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri ilə birgə həyata keçirilməsi, mövzuların seçilməsi və rəhbərlərin təyin olunması ilə bağlı məlumatları diqqətə çatdırıb. Eləcə də institunun “Problems of Information Technology” jurnalının beynəlxalq elmmetrik bazalarda indeksləşdirilməsi istiqamətində birgə fəaliyyətin təşkili barədə məlumat verib. İclasda həmçinin iki qurum arasında birgə tədqiqatların həyata keçirilməsi, qrant layihələrdə iştirak, İKT kurslarının, konfrans, seminar və dərslərin təşkili, elmi-ekspertiza fəaliyyətinin  həyata keçirilməsi, dərsliklərin, tədris resurslarının hazırlanması, tərcümə olunması və s. istiqamətlərdə geniş fikri mübadiləsi aparıldı, müvafiq qərarlar qəbul edilib.

İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Görüşdə hər iki elmi müəssisənin professor və müəllim ..

2024-02-19
AzTU

AzTU Library Information Center started a series of training programs

The Library Information Center (LIC) of Azerbaijan Technical University (AzTU), in collaboration with “Informascope”, the regional representative of “Elsevier”, a leading company in academic information databases, has launched a series of training programs on the use of the “Scopus” and “ScienceDirect” academic databases in higher education institutions across Azerbaijan. The initiative aims to promote and enhance the use of “Scopus” and “ScienceDirect” in the country.  The first session of the training series was attended by librarians, faculty members, and researchers from various universities and institutes.  The event began with a speech by AzTU's Vice-Rector for Academic Affairs, Professor Nurali Yusifbeyli, who emphasized the significance of the training.   Following that, Ayhan Saracoglu, Regional Manager of “Elsevier”, provided a comprehensive overview of the “Scopus” and “ScienceDirect” databases, covering their scope, usage capabilities, and recent updates. Practical demonstrations were conducted, and participants’ questions were addressed.  The session concluded with a discussion regarding the next phase of the training program.  It is worth noting that, in addition to AzTU staff and academic personnel, representatives from ADA University, Azerbaijan State University of Economics, Azerbaijan State Pedagogical University, Azerbaijan University of Languages, Azerbaijan State Academy of Physical Education and Sports, Baku Slavic University, Institute of Molecular Biology and Biotechnology, Police Academy, Academy of the Ministry of Emergency Situations, Academy of the State Customs Committee, Azerbaijan State Oil and Industry University, Azerbaijan State University of Culture and Arts, and Odlar Yurdu University also participated in the training.

The Library Information Center (LIC) of Azerbaijan Technical University (AzTU), in collaboration with “Informascope”, the regional representative of “Elsevier”, a leading company in academic i ..

2024-02-16
AzTU

“Reza Deqatinin gözündə Xocalı soyqırımı”

“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondu və Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Reza Deqatinin gözündə Xocalı soyqırımı” adlı görüş keçirilib. AzTU-da təşkil olunan görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Xocalı faciəsini çəkdiyi fotolarla dünyaya çatdıran fotojurnalist Reza Deqati də iştirak edib. Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva Xocalı faciəsinin hər il yad edilməsinin önəmini diqqətə çatdırıb. Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov soyqırımı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan dövlətinin zəruri addımlar atdığını qeyd edib.  Reza Deqati Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları təqdim edib və şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə olduğunu deyib. Fotoqraf Xocalıda çəkdiyi fotolarla bağlı həqiqətləri hər zaman dünyaya çatdırmağa çalışdığını bildirib. Qeyd edək ki, Reza Deqati Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib.

“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondu və Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctim ..

2024-02-16