Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-nun məzunu, şəhid Əbdülməcid Axundovun 30 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin məzunu, Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun 30 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və universitetin nümayəndələri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra “Mən səninləyəm, Ana Vətən!” adlı bədii-sənədli film nümayiş olunub. Tədbirdə çıxış edənlər Əbdülməcid Axundovla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Əbdülməcid Axundov istər məktəbdə, istərsə də universitetdə təhsil aldığı vaxtlarda həm təhsili, həm də vətənpərvərliyi ilə nümunə olub. O da vurğulanıb ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə ötürülməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir, tədbirlər təşkil olunur. Əbdülməcid Axundovun valideyni Ceyran Həsənova AzTU-da şəhidlərin əziz xatirəsinin hər zaman yad olunduğunu vurğulayıb. Bildirib ki, şəhidlərinin qəhrəmanlığının gələcək nəsillərə ötürülməsi gənclərdə vətənpərvərlik hisslərinin yüksəlməsinə xidmət edir. Tədbirdə Əməkdar artist Aqşin Abdullayev və digər ifaçılar vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin məzunu, Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun 30 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhidin ailə ..

2023-11-21
AzTU

AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak ediblər

“Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutuna səfər təşkil olunub. Səfər çərçivəsində keçirilən təlimlərdə Azərbaycan Texniki Universitetini (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM ) direktoru Xəyalə Hacıyeva və  kitabxana sitemləri və rəqəmsallaşdırma prosesləri üzrə baş məsləhətçi İltifat İbrahimov təmsil edib. Təlimlərdə İzmir Yüksək Texnologiya İnstitutunun institusional rəqəmsal repozitariyası olan GCRİS elektron arxiv sistemi, onun texniki infrastrukturu, idarəetmə paneli, metaverilənlərin sistemə daxil edilməsi standartları və digər mövzularda məruzələr dinlənilib. Bundan başqa, repozitariyaların qurulması, metadatanın formalaşdırılması istiqamətində müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Səfər çərçivəsində iştirakçıların İzmir Yüksək Texnologiya İnstitutunun rektoru professor Yusuf Baranla görüşü olub.

“Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” ..

2023-11-21
AzTU

AzTU-da “InnoFusion: Fueling Digital Success” təhsil təqaüd proqramının açılış mərasimi keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) SABAH qrupları, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “IT Brains Academy” və “Technest University”nin tərəfdaşlığı və dəstəyi ilə “InnoFusion: Fueling Digital Success” təhsil təqaüd proqramının açışı olub. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, SABAH İcra Komitəsinin rəhbəri Eldar Qocayev,  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Gülnar Mirhüseynova, “IT Brains Academy”nin təsisçisı Orxan Məmmədov çıxış edərək proqramda iştirak edəcək tələbələrə uğurlar arzulayıblar. Qeyd olunub ki, proqramın məqsədi SABAH qruplarında təhsil alan tələbələrə informasiya texnologiyaları, proqramlaşdırma, dizayn və rəqəmsal marketinq sahələri üzrə qısa müddətdə fundamental biliklər öyrətmək, onların gələcək karyeralarının inkişafına dəstək olmaqdır. 3 ay davam edəcək ödənişsiz təlimlərdə 180 tələbənin iştirakı nəzərdə tutulub. Xatırladaq ki, bu “IT Brains Academy”nin SABAH qrupları tələbələri üçün təşkil etdiyi ikinci ödənişsiz təlimdir.

Azərbaycan Texniki Universiteti (AzTU) SABAH qrupları, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “IT Brains Academy” və “Technest University”nin tərəfdaşlığı və dəstəyi ilə ..

2023-11-21
AzTU

AzTU-da tələbələrə antinarkomaniya mövzusunda seminar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib.   Tədbirdə çıxış edən AzTU-nun Sosial  İnkişaf  Mərkəzinin  direktoru Qəmər İsayeva bildirib ki, narkomaniya bəşəriyyətin ən qorxulu bəlasına çevrilib.  Dünyanı ciddi şəkildə narahat edən bu problemlə bağlı gəncləri maarifləndirmək məqsədilə universitetdə mütəmadi olaraq antinarkomaniya mövzusunda seminarlar təşkil olunur. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin müvəkkili, polis mayoru Kamran Mayılov narkomaniyanın bəşəriyyətə vurduğu fəsadlardan söz açıb. Qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətlə yanaşı, cəmiyyətin hər bir fərdi də fəal rol oynamalıdır. Eyni zamanda bu istiqamətd maarifləndirmə işlərinin genişləndirilməsinin zəruruiliyi də xüsusi vurğulanıb. Daha sonra  narkomaniyanın insan həyatına təhlükəsini və fəsadlarını əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən AzTU-nun Sosial İnkişaf Mərkəzinin direktoru Qəmər ..

2023-11-21
AzTU

AzTU-da qida tullantılarının təkrar emalına həsr olunan dəyirmi masa keçirilib

AzTU-da universitet-sənaye əməkdaşlığı kontekstində dövlət - akademiya - biznes və ictimai təşkilatların nümayəndələrinin birgə iştirakı ilə “Qida tullantılarının təkrar emalı” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Hacattepe Universitetinin professoru Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Ilgınlar” şirkətinin tədqiqat və inkişaf məsələləri üzrə məsləhətçisi Behzat Gürkan və şirkətin təmsilçisi Osman Ilgının geniş təqdimatları dinlənilib. Tədbirdə AzTU, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Azad İstehlakçılar Birliyi, “Sun Food” MMC, “Təhlükəli Tullantılar” MMC, “Təmiz Sumqayıt-Kənan” MMC, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Standartlaşma İnstitutu, “Təmiz Şəhər” ASC, Azərsun Holding, İqtisadi Zonaların İnkişafı Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan İnvestisiya Şirkəti, Veysəloğlu Şirkətlər Qrupu, “Azərbaycan Supermarket” MMC, Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndələri geniş müzakirələr aparıblar. Türkiyə Sənaye və Texnologiyalar Nazirliyi tərəfindən maliyyləşdirilən “Qida tullantılarının təkrar emalı” layihəsinin operatoru “Ilgınlar” sənayeyönümlü qida emalı və yem maddələri şirkətinin bu sahədə uzunmüddətli təcrübəsi müzakirələr zamanı böyük marağa səbəb olub. Qeyd olunub ki, vaxtı keçmiş və ya zay olmuş qida məhsullarının çeşidlənməsi, qida tullantılarının qiymətləndirilərək üzvü gübrə, şəkər tozu, etil spirti (sənaye məqsədli) və digər təkrar emalın aparılması ölkəmiz üçün də son dərəcə əhəmiyyətlidir. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev son illər AzTU-da magistratura səviyyəsində yerinə yetirilən dissertasiya tədqiqatlarında sosial-iqtisadi inkişafın problemlərinə həsr olunan mövzuların seçilməsini və qida tullantılarına dair bir neçə magistr işlərinin yerinə yetirildiyini vurğulayıb. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi və universitetlərin sənayenin bu sektorunda iştirakı gələcək zaman üçün gözlənilən tələblərdir. Bu çağırışların fonunda AzTU-da akademik bilik və təcrübənin sənayeyə inteqrasiyası, dünyada istifadə olunan ən yaxşı təcrübələrin ölkəmizə gətirilməsi və tətbiqinin genişləndirilməsi istiqamətində əhəmiyyətli iş aparılır. Qeyd edək ki, sözügedən mövzu istiqaməti ötən il AzTU rektorunun Türkiyəyə səfəri çərçivəsində aparılan müzakirələr zamanı meydana gəlib. Bu istiqamətdə işlər AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.   

AzTU-da universitet-sənaye əməkdaşlığı kontekstində dövlət - akademiya - biznes və ictimai təşkilatların nümayəndələrinin birgə iştirakı ilə “Qida tullantılarının təkrar em ..

2023-11-20
AzTU

AzTU-nun “İnTech” komandası növbəti təlimlərə start verib

AzTU-nun “İnTech” komandası növbəti ödənişsiz təlimlərə start verib. Müsahibə əsasında seçilən tələbələr “Elektronika və mikrokontroller” və “Modelləmə və CNC” istiqamətində formalaşan qruplarlar üzrə həftədə 3 dəfə keçirilən təlimlərdə iştirak hüququ qazanıb. Təlimi müvəffəqiyyətlə bitirənlər yeni startaplara cəlb olunacaq, yarışlara dəvət ediləcək, layihələri üçün mentor dəstəyi alacaq, “CezeriLab” sertifikatı əldə edəcək, ən əsası isə işlə təmin olunmaq imkanı qazanacaqlar. Təlim dekabrın sonunda yekunlaşacaq.

AzTU-nun “İnTech” komandası növbəti ödənişsiz təlimlərə start verib. Müsahibə əsasında seçilən tələbələr “Elektronika və mikrokontroller” və “Modelləmə və CNC” is ..

2023-11-20
AzTU

AzTU-da "Təməl həyat dəstəyi" mövzusunda təlimi keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və 1 nömrəli Bakı Tibb Kollecinin (1BTK) TGT-lərinin təşkilatçılığı ilə "Təməl həyat dəstəyi" mövzusunda təlim keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrundan canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AzTU TGT-nin sədri Ruslan Qənbərov və 1BTK TGT-nin sədri Elnur Həsənbəyli təlim haqqında tələbələrə ətraflı məlumat veriblər. Qeyd olunub ki, hər bir şəxs bilik bə bacarıqlarının inkişaf etdirməklər yanaşı, sağlamlığının da qeydinə qalmalı və ilkin tibbi yardımla bağlı zəruri məlumatları bilməlidir. Daha sonra kollecin əməkdaşları boğulma, venoz qanaxma, epileptik tutmalar zamanı xəstəyə edilən ilkin tibbi yardım haqqında məlumat veriblər. Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universiteti (AzTU) və 1 nömrəli Bakı Tibb Kollecinin (1BTK) TGT-lərinin təşkilatçılığı ilə "Təməl həyat dəstəyi" mövzusunda təlim keçirilib. Əvvəlcə ulu ..

2023-11-20
AzTU

Polşanın Maria Curie-Sklodowska Universitetinin nümayəndələri AzTU-nun qonağı olub

Polşanın Maria Curie-Sklodowska Universitetinin və “Perspektivlər” Təhsil Fondununun nümayəndələri Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Görüşdə Maria Curie-Sklodowska Universiteti ilə AzTU arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Yaxın zamanlarda iki universitet arasında əməkdaşlığın yeni mərhələdə icrasına başlamaq qərarına gəlinib.     

Polşanın Maria Curie-Sklodowska Universitetinin və “Perspektivlər” Təhsil Fondununun nümayəndələri Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Görüşdə Maria Curie-Sklod ..

2023-11-17
AzTU

“Nar” AzTU-da tələbələr üçün təlim təşkil edib

“Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə tələbələr üçün “Mobil rabitənin əsasları” təlimi təşkil edib. Rabitə sahəsinin peşəkar kadrlarını hazırlamaq məqsədilə keçilən təlim “Nar” GSM laboratoriyasında keçirilib. “Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin mövzusu müxtəlif nəsil mobil texnologiyaların iş prinsiplərini, əşyaların interneti və cihazlararası bağlantı kimi sahələri əhatə edir. Təlimdə iştirak edən tələbələr təcrübədə əldə edilən biliklərə yiyələnir və gələcək işləri barədə bilmək istədiklərini “Nar” texniki heyətindən öyrənir. Sonda tələbələr “Nar”ın sertifikatı ilə təltif edilir. Budəfəki təlim zamanı, “Nar” GSM Laboratoriyası üçün 10 ədəd müasir noutbuk da təqdim edilib. Xüsusi proqram təminatları vasitəsilə bu noutbuklar GSM avadanlığının işini tənzimləyir və tələbələrə verilən tapşırıqları daha operativ həyata keçirməyə imkan yaradır. 2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında universitetin nəzdində yaradılan “Nar” GSM laboratoriyası tələbələrin mobil rabitə cihazlarını istifadə və tədqiq etməyə imkan yaradır. Artıq 10 ildir ki, “Nar” və AzTU arasında faydalı əməkdaşlıq uğurla davam edir.

“Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə tələbələr üçün “Mobil rabitənin əsasları” təlimi təşkil edib. Rabitə sahəsinin peşəkar kadrlarını hazırlamaq məqs ..

2023-11-17
AzTU

“BÜTÖV” proqramı çərçivəsində AzTU tələbələri ilə görüş keçirilib

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində növbəti görüş Azərbaycan Texniki Universitetində keçirilib. Yüzdən çox gəncin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələrə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur.  “AzTU TV” studiyasının direktoru Səfa Bağırov “BÜTÖV” proqramı çərçivəsində keçirilən görüşün keçirilməsinə görə “İRƏLİ” İctimai Birliyinə təşəkkürünü bildirib. Proqramın işinə uğurlar arzulayan Səfa Bağırov gəncləri layihə müddətində fəal olmağa çağırıb. Daha sonra “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar çıxış ediblər. Qeyd olunub ki, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar. Son əsrlər ərzində qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsinin erməni dövlət siyasəti səviyyəsində həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qərbi azərbaycanlıların tezliklə öz tarixi torpaqlarına qayıdacağına əminliyini vurğulayan natiqlər bu istiqamətdə “Qayıdış” konsepsiyasının önəmindən danışıb, gəncləri bu sahədə həyata keçirilən proseslərdə fəal iştiraka çağırıb. Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜ ..

2023-11-17