Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-da “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırma sessiyası keçirilib. Məlumatlandırma sessiyası Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndəsi Klaudio Kasperl tərəfindən aparılıb. Sessiyasının açılışında çıxış edən AzTU-nun elm və innovasiya üzrə prorektoru Sübhan Namazov DAAD və AzTU-nun uzun illik səmərəli əməkdaşlığından, bu proqramların mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıb. Daha sonra DAAD nümayəndəsi Klaudio Kasperl Almaniyada təhsil, təqaüd proqramları haqqında geniş təqdimatla çıxış edib. Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.   Qeyd edək ki, DAAD-nin təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl iki il ərzində AzTU-da alman dilini tədris edəcək və Xarici dillər kafedrasında fəaliyyət göstərəcək.     

Azərbaycan Texniki Universitetində (AzTU) “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırma sessiyası keçirilib. Məlumatlandırma sessiyası Alman Akademik Mübadilə Xidmətinin ..

2022-10-14
AzTU

AzTU komandası basketbol üzrə turnirin qalibi olub

  Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər sağlam həyat tərzini seçir” devizi altında basketbol üzrə turnirin final mərhələsi keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin məsul əməkdaşı Şahin Verdiyev və Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilməlidir. Kütləvi idman tədbirlərinin keçirilməsində də əsas məqsəd cəmiyyətdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir. Qeyd olunub ki, basketbol üzrə turnir də bu qəbildən olan tədbirlərdəndir. Bildirilib ki, 12 oktyabrda başlanan turnirdə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), AzTU, Bakı Biznes Universiteti, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandaları mübarizəyə aparıblar. Turnirin final mərhələsində BDU və AzTU komandaları qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda AzTU komandası birinci hissədə 36:13, ikinci hissədə isə 52:28 hesablı qələbə qazanaraq turnirin qalibi olub. Sonda qaliblər və turnirin bütün iştirakçıları təltif olunublar.

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər sağlam həyat tə ..

2022-10-13
AzTU

AzTU-nun məzunu, Vətən müharibəsi şəhidi Nurlan Əhmədlinin doğum günüdür

Nurlan Əhmədli 1996-cı il oktyabrın 12-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2014-ci ildə orta məktəbi bitirib Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunub. 2018-cı ildə AzTU-nu bitirib həqiqi hərbi xidmətə çağırılıb. 2019-ci ilin iyulunda xidmətini uğurla başa vurub.O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Nurlan Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!  

Nurlan Əhmədli 1996-cı il oktyabrın 12-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2014-ci ildə orta məktəbi bitirib Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunub. 2018-cı ..

2022-10-12
AzTU

AzTU-nun baş müəlliminin kitabı beynəlxalq nəşriyyatda çap olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının baş müəllimi Qadir Qafarovun müəllif olduğu “Biologically Active Points: studies, applications and technical possibilities” kitabı “LAP LAMBERT Academic Publishing” beynəlxalq nəşriyyatında çap olunub.   Kitabda bioloji aktiv nöqtələrin biofiziki və texniki xüsusiyyətləri qeyd edilir. Nəşrdə, həmçinin bioloji aktiv nöqtələrin lokalizasiyası ilə yanaşı, terapevtik təsir prosedurlarının realizasiyası üçün texniki imkanların yaradılması mərəhələləri də araşdırılır. Aparılan tədqiqatlar, eyni zamanda müəllifin araşdırmaları əsasında bioloji aktiv nöqtələrin tədqiqi üçün texniki vasitələrin aparat və proqram təminatının hazırlanması təklifi irəli sürülür. Kitab müvafiq sahə üzrə araşdırma aparan tədqiqatçılar, o cümlədən magistrantlar üçün nəzərdə tutulub.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının baş müəllimi Qadir Qafarovun müəllif olduğu “Biologically Active Points: studies, applications an ..

2022-10-11
AzTU

AzTU-da “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiada keçirilir

Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (AzTU THİK) təşkilatçılığı ilə  “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiada keçirilir. AzTU-nun İdman sarayında təşkil olunan yarışlar şahmat, stolüstü tennis, futbol və voleybol idman növləri üzrə keçirilir. Spartakiadaya noyabrın 8-də yekun vurulacaq.  

Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (AzTU THİK) təşkilatçılığı ilə “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiada keçirilir. AzT ..

2022-10-11
AzTU

AzTU tələbələri Xalq Təhsili Muzeyini ziyarət edib

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə, müəllim və əməkdaşlarından ibarət qrup Xalq Təhsili Muzeyinə ekskursiya edib. Qeyd olunub ki, Xalq Təhsili Muzeyi 1932-ci il aprelin 27-də yaradılıb. Burada  təhsil sahəsində xidmətləri olan maarifçilər, elm xadimləri, ziyalılar, qabaqcıl müəllimlər haqqında ətraflı məlumatlar, həmçinin təhsil müəssisələrinə dair sənəd və materiallar, tədris prosesini əks etdirən fotoşəkillər və digər eksponatlar nümayiş olunur. Tələbələr, həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında tarixi xidmətləri, Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti, bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən stendlərlə də tanış olublar. Ekskursiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.  

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə, müəllim və əməkdaşlarından ibarət qrup Xalq Təhsili Muzeyinə ekskursiya edib. Qeyd olunub ki, Xalq Təhsili Muzeyi 1932-ci il aprelin 2 ..

2022-10-11
AzTU

AzTU-nun müəllimləri beynəlxalq simpoziumda çıxış edib

  Vyana Texniki Universitetinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində 22-ci Beynəlxalq İstehsal Araşdırmaları Simpoziumu (ISPR2022) keçirilib. Simpoziumun əsas məqsədi universitetlərdən, şirkətlərdən, institutlardan, icmalardan, agentliklərdən, assosiasiyalardan və cəmiyyətlərdən tədqiqatçıları, alimləri və ekspertləri bir araya gətirmək, onlara öz ideyalarını, eləcə də istehsal əməliyyatlarının idarə edilməsi üzrə son inkişafları bölüşmək üçün imkan yaratmaqdan ibarət olub. Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov, kafedranın əməkdaşları -  dosent, texnika elmləri doktoru İslam İslamov, assistent Baloğlan Nəcəfov və doktorant Nadir Atayev beynəlxalxalq simpoziumun müxtəlif bölmələrində iştirak ediblər.  Mehman Həsənov, Baloğlan Nəcəfov və Nadir Atayev beynəlxalq simpoziumun “Sənaye mühəndisliyi və robototexnika: Sənaye 5 tətbiqləri” bölməsində “3D-printerin tədqiqı və etibarlılığının hesablanması” mövzusunda məruzə ilə cıxış ediblər. İslam İslamov isə “Tezlik skanlayıcı antena qurğusunun modelləşdirilməsi” mövzusunda məruzə edib. Qeyd edək ki, simpoziumun devizi “Sənaye 5.0-a doğru” olub.

Vyana Texniki Universitetinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində 22-ci Beynəlxalq İstehsal Araşdırmaları Simpoziumu (ISPR2022) keçirilib. Simpoziumun əsas məqsədi u ..

2022-10-10
AzTU

AzTU SABAH komandası Azərbaycan Robot Olimpiadasının qalibi olub

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib. Bakı və regionlardan orta və ali təhsil müəssisələrinin iki istiqamət və 5 kateqoriya üzrə 121 komandasının mübarizəyə qoşulduğu yarış 2 gün davam edib. Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının “Platon Tech” komandası “Future İnnovators” (Gələcəyin innovatorları) Senior kateqoriyasında I yerə layiq görülüb. Qeyd edək ki, yarışa ALS- Amyotrophic Lateral Sclerosis (Yan Amiotrofik Skleroz) layihəsi ilə qatılan “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyevdir. Onlar 17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçiriləcək Dünya Robot Olimpiyadasında ölkəmizi təmsil edəcəklər.    

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib. Bakı və regionlardan orta və ali təhsil müəssisələrinin iki istiqamət və 5 kateqoriya üzrə 121 komandasın ..

2022-10-06
AzTU

Almaniyadan dəvət olunan müəllim AzTU-da alman dilini tədris edəcək

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl Azərbaycan Texniki Universitetində (AzTU) alman dilini tədris edəcək. İki il ərzində AzTU-nun Xarici dillər kafedrasında fəaliyyət göstərəcək Klaudio Kasperl alman dilinin tədrisi ilə yanaşı DAAD-ın proqramları barədə məlumatlandırma və təşfiq işlərini də həyata keçirəcək. Qeyd edək ki, Klaudio Kasperl hazırda AzTU-da bakalavriat səviyyəsində 3 qrupda alman dilinin tədrisinə başlayıb. O, həmçinin Xarici dillər kafedrasının müəllimləri və alman dili üzrə baza bilikləri olan əməkdaşlar üçün də danışıq kursları təşkil edir.   

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl Azərbaycan Texniki Universitetində (AzTU) alman dilini tədris edəcək. İki il ə ..

2022-10-06
AzTU

AzTU-da 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.  Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirlib. Müəllimləri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev onları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Rektor tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı gənc kadrların hazırlanması istiqamətində görülən işlərdə müəllimlərin rolunu xüsusi vurğulayıb. Vilayət Vəliyev deyib ki, AzTU-da qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən layihələrdə istər qocaman, istərsə də gənc müəllimlərin potensialından istifadə olunacaq. Daha sonra AzTU-nun qocaman müəllimləri adından professor Tamilla Hüseynova və professor Rəhim Şükürov çıxış edibər. Onlar son illər universitetdə görülən işlər barədə fikirlərini bildiriblər. Çıxışlardan sonra AzTU-nun qocaman müəllimləri təltif olunublar. Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunub.   

Azərbaycan Texniki Universitetində (AzTU) 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirlib. Müəllim ..

2022-10-05