Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Fərqanə Dövlət Universiteti (FDU) ilə əməkdaşlığı çərçivəsində FDU-nun Mühəndislik, İqtisadiyyat və Dilçilik kafedralarının professor-müəllim heyəti (ümumilikdə 60 nəfər) mübadilə proqramı ilə AzTU-nun qonağı olub.
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov qonaqlara universitetin fəaliyyəti barədə məlumat verib. Daha sonra qonaqlar Biotibbi Mühəndislik İnstitutunun əməkdaşı Cavid Abbaslının təlimində iştirak edib, Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub, AzTU-nun müvafiq fakültələrinin müəllim və tələbələri ilə müxtəlif mövzularda görüşlər keçiriblər.
Görüşlər zamanı hər iki universitetin nümayəndələri arasında gələcəkdə birgə tədris və tədqiqat imkanları barədə müzakirələr aparılıb.