Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin 2 və 3-cü kurs tələbələrinin Azərbaycan Dəmiryol Muzeyində və Bakı sərnişin stansiyasına ekskursiyası təşkil olunub.
Ekskursiyada dekan müavinləri və Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının baş müəllimi Əvəz Əsgərov iştirak edib.
Əvvəlcə tələbələr üçün təhlükəsizlik təlimi keçirilib. Daha sonra Azərbaycan Dəmiryol Muzeyi və Bakı sərnişin stansiyasınada fəaliyyət göstərən müxtəlif istehsalat sahələri, eksponat zalları, sərnişin platformaları ilə tanışlıq olub.