Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının müdiri Ceyhun Hacıyev, Biznesin təşkili kafedrasının müdiri Oqtay Quliyev, Maliyyə və təminat departamentinin müdiri Samir Musayev, Enerji və Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı Gövhər Vəliyeva, Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasının dosenti Ruxsarə Seyfullalı və Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının baş müəllimi Mürşid Mehdiyev mübadilə proqramı ilə Pakistanın Quaid-i-Azam Universiteti, FAST Universiteti və İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsində səfərdə olub.
Görüşlərdə AzTU ilə Pakistan universitetləri arasında mövcud əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da möhkəmləndirilməsi, professor-müəllim və tələbə mübadiləsinin perspektivləri, yüksək reytinqli və indeksləşmiş beynəlxalq elmi jurnallarda birgə elmi məqalələrin dərci, doktorantların dissertasiya işlərinə birgə rəhbərlik imkanları müzakirə olunub.
AzTU nümayəndə heyəti səfər çərçivəsində ali təhsil və elmi-tədqiqat müəssisəsində müxtəlif elmi və akademik mövzularda təqdimatlar edib.
Bununla yanaşı, nümayəndə heyəti universitetlərin laboratoriyaları, kitabxanaları və elmi-tədqiqat infrastrukturu ilə də yaxından tanış olub.