Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında növbəti məlumatlandırma sessiyası təşkil olunub. Məlumatlandırma sessiyası Alman Akademik Mübadilə Xidmətinin AzTU-dakı alman dili müəlimi Klaudio Kasperl tərəfindən keçirilib.
Məlumatlandırma sessiyasında Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti və magistratura təhsili üçün təqaüd proqramları, müraciət şərtləri, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında tələbələrə ətraflı məlumat verib. Bundan əlavə DAAD-nin bakalavr tələbələri üçün təşkil etdiyi yay məktəbləri və onlara müraciət qaydaları ətraflı izah olunub.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.