Azərbaycan Texniki Universitetinin (AzTU) Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları Nərmin Xasayeva, Afaq İsmayılzadə, Həmidə Həsənova Bakı Dövlət Universitetində (BDU) təşkil olunan “Ali təhsildə keyfiyyət təminatı sistemi” mövzusunda 4 günlük təlim proqramında iştirak ediblər.
Təlim proqramı Azərbaycan universitetləri ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi və BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Təlim zamanı ali təhsildə keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi mövzularında təqdimatlar edilib, müzakirələr aparılıb.
Kırşehir Ahi Evran Universitetinin prorektoru Hüseyn Şimşek Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, bu təşəbbüsün strateji tərəfdaşlıq baxımından mühüm rol oynadığını bildirib.
Təlim proqramının sonunda iştirakçılara sertifikat təqdim olunub.