Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovun tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev təmsil edib.
Yarışın nəticələrinə əsasən, AzTU komandaları minifutbol, voleybol (oğlanlar arasında), basketbol, tenis idman növü üzrə 1-ci, şahmatda isə 2-ci yerə layiq görülüb.