Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Rektor beynəlxalq statistik viktorinada uğur qazanan AzTU tələbəsi ilə görüşüb

Rektor beynəlxalq statistik viktorinada uğur qazanan AzTU tələbəsi ilə görüşüb

14.05.2025     73     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev beynəlxalq statistik viktorinada uğur qazanan Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi Kənan Niftəliyevlə görüşüb.

Qeyd olunub ki, Kənan Niftəliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinin təşkilatçılığı ilə Böyük Vətən müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunan "Qələbənin rəqəmləri və faktları" mövzusunda onlayn statistik viktorinada təqdim olunan 85 sualdan 75 sualı düzgün cavablandırıb. Mümkün 176 baldan 156 bal toplayan Kənan Niftəliyev Azərbaycan ali məktəbləri arasında viktorinada ən yüksək bal toplayan iki tələbədən biri olub.

Rektor Vilayət Vəliyev beynəlxalq statistik viktorinada qazandığı nailiyyət münasibətilə Kənan Niftəliyevi təbrik edib. Ona dərslərində və növbəti müsabiqələrdə uğurlar arzulayıb.   


Digər xəbərlər