Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları AzTU-da olublar

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları AzTU-da olublar

12.08.2024     427     AzTU

Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları professor Servet Karasu və professor Şenol Hakan Kutoğlu Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib.

Prorektorlar Servet Karasu və Şenol Hakan Kutoğlu təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti haqqında danışıblar. Görüşdə müvafiq istiqamətlər üzrə tədris və tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. 


Related news