Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Türkiyənin qabaqcıl universitetlərinin nümayəndələri AzTU-da olub

Türkiyənin qabaqcıl universitetlərinin nümayəndələri AzTU-da olub

15.04.2025     141     AzTU

rkiyənin Yıldız Texniki Universitetinin rektoru professor Eyüp Debik, prorektor Vatan Karakaya, rektorun baş müşaviri Özer Çınar, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu, Gebze Texniki Universitetinin prorektoru professor Hasari Çelebi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru professor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Görüşdə AzTU ilə Türkiyə universitetləri arasında əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb. Əməkdaşlıq çərçivəsində görülən işlər yüksək qiymətləndirilib. Görüş zamanı Türkiyə universitetləri ilə AzTU arasında magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub.

Daha sonra AzTU ilə Yıldız Texniki Universiteti arasında tədris və tədqiqat sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Görüşdən sonra qonaqlar universitetin kampusunu ziyarət ediblər.


Related news