Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günü keçirilir. Avqustun 8-də təşkil olunan “Açıq qapı” günündə qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri iştirak edib.
TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlər və onların valideynləri ilə görüşərək universitetlə bağlı onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.