Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələrinin startapı birinci yerə layiq görülüb

AzTU tələbələrinin startapı birinci yerə layiq görülüb

10.04.2025     182     AzTU

Azərbaycan Texniki Universitetinin tələbələri (AzTU) Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun “Konstitusiya və Suverenlik İli” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 80-ci ildönümü ilə əlaqədar təşkil etdiyi bilik yarışında uğur qazanıb. Belə ki, AzTU-nun SABAH qruplarının tələbəsi Əliyoldaş Əmiraslanlı və Maşınqayırma və robotexnika fakültəsinin tələbəsi Anabacı Əmiraslanovanın birgə hazırladığı “CO2toD” adlı cihaz birinci yerə layiq görülüb.

Qeyd edək ki, sözügedən qurğu hazırda dünyanın ən böyük problemlərindən olan qlobal istiləşmənin qarşısının alınması məqsədilə yaradılıb. Startap Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında 1-ci yerə, Dünya Robot Olimpiadasında 2-ci yerə, həmçinin digər müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüb.

AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onları təbrik edib. Rektor bu cür nailiyyətlərin davamlı olmasını arzulayıb.


Related news