Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələri "GreenTech II" startap və yaşıl texnologiyalar müsabiqəsində 2-ci yeri qazanıb

AzTU tələbələri "GreenTech II" startap və yaşıl texnologiyalar müsabiqəsində 2-ci yeri qazanıb

18.04.2025     104     AzTU

Azərbaycan Texnologiya Universiteti (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə Gəncədə "GreenTech II" startap və yaşıl texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqədə ölkənin 30 universitetindən 80 komanda 4 kateqoriya (Rəqəmsal ekologiya, Robototexnika, Yaşıl nəqliyyat texnologiyaları və Davamlı inkişaf üçün sosial innovasiyalar) üzrə mübarizə aparıb.

"GreenTech" startap və yaşıl texnologiyalar müsabiqəsində Azərbaycan Texniki Universitetini (AzTU) 2 komanda təmsil edib.

AzTU-nun Nəqliyyat və logistika fakültəsinin ikinci və üçüncü kurs tələbələri  Rəsul Şahverənli və Vasif Məmmədovun iştirak etdiyi “City Mobility” komandası “Yaşıl nəqliyyat texnologiyaları” kateqoriyası üzrə  2-ci yerə layiq görülüb. “Kiçik şəhərlərdə mikromobillik  planının tətbiqi perspektivləri”  (Biləsuvar şəhərinin timsalında) adlı qalib layihənin mentoru AzTU-nun Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifovdur.

Münsiflər heyətinin dəyərləndirməsindən sonra qalib komandalar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Related news