Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşüb.
Rektor universitetdə görülən işlər və həyata keçirilən layihələr, ikili diplom proqramları, beynəlxalq və yerli əməkdaşlıqlar, universitet-sənaye işbirliyi, tələbələr üçün yaradılan karyera imkanları barədə abituriyentlərə məlumat verib.
Daha sonra abituriyentlərin seçəcəkləri ixtisaslarla bağlı onları maraqlandıran suallar cavablandırılıb.