Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU ilə “Synergia Academy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə “Synergia Academy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

10.04.2025     137     AzTU

“Synergia Academy” şirkətnin icraçı direktoru Rəna Əfəndiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

Görüş zamanı “Synergia Academy” şirkəti tərəfindən uğurla həyata keçirilən “Təhsildən Karyeraya” layihəsində AzTU tələbələrinin iştirakı və əldə etdikləri nailiyyətlər müzakirə edilib.

Qeyd olunub ki, bu kimi layihələr tələbələrin praktiki bilik və bacarıqlarını artırmaqla yanaşı, onların karyera inkişafına da mühüm töhfə verir.

Görüşün sonunda AzTU ilə “Synergia Academy” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə çərçivəsində universitet-sənaye əlaqələrinin gücləndirilməsi, tələbəyönümlü yanaşmaların inkişaf etdirilməsi və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı nəzərdə tutulur.


Related news