Azərbaycan Texniki Universitetində (AzTU) "Əmək Bazarına Hazırlıq İndeksi" pilot layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və agentliyin nümayəndələri ilə görüş keçirilib.
Məqsəd tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin artırılması, onların zəruri səriştə və bacarıqlarla təmin olunması istiqamətində müzakirələr aparmaq olub.
Rektor Vilayət Vəliyev bildirib ki, tələbələrin məşğulluğunun və əmək bazarına inteqrasiyasının təmin edilməsi məqsədilə həyata keçirilən pilot layihə onların fərdi inkişafı istiqamətində də faydalı olacaq.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov tələbələrin fərdi inkişafı və gələcək məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən "Əmək Bazarına Hazırlıq İndeksi" layihəsi barədə məlumat verib. Görüş zamanı layihənin tətbiqi imkanları və test nümunələri təqdim olunub, layihədən gözləntilər müzakirə edilib.