Azərbaycan Texniki Universitetində (AzTU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılğı ilə “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin əsas məqsədi interaktiv məsələlərlə informasiya texnologiyaları və kompüter elmləri sahəsinə şagirdlərin marağını artırmaqdır.
Müsabiqənin final turunda iştirak edən 418 şagirdin alqoritmik təfəkkürü, kompüter vərdişləri yoxlanılıb və avtomatik üsulla qiymətləndirilib. Müsabiqə https://bebras.az/ portalı vasitəsilə keçirilib və iştirakçılara suallar üçün 45 dəqiqə vaxt verilib.
Müsabiqənin yekun - super-final mərhələsi 2025-ci ilin iyun ayında keçiriləcək.