Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə növbəti görüş keçirilib

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə növbəti görüş keçirilib

04.06.2021     429     Archieve

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “Azərbacanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti onlayn görüş keçirilib.

Tədbirdə Litva, Fransa, İsveç və Polşadan olan tərəfdaşlarla yanaşı, 15 yerli tərəfdaşın nümayəndələri də iştirak edib.

Görüş zamanı layihə çərçivəsində yerli tərəfdaş universitetlərin iştirakı ilə müxtəlif hədəf qruplarını əhatə edəcək sorğuların keçirilməsi planlaşdırılıb. Sorğularda yerli universitetlərin rəhbər və  akademik heyətləri, tələbə və məzunları ilə yanaşı, sənaye müəssisələrindən nümayəndələrin də iştirakı nəzərdə tutulub.

Görüşdə eləcə də tərəfdaşların iş bölgüsü, yerinə yetiriləcək tapşırıqlar üçün son tarixlərin müəyyənləşdirilməsi və müvafiq sənədlərin hazırlanma qaydalarının müzakirəsi aparılıb.  


Related news