Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Azərbaycanda ilk olaraq AzTU beynəlxalq “Falling Walls Lab” müsabiqəsinə ev sahibliyi edəcək

Azərbaycanda ilk olaraq AzTU beynəlxalq “Falling Walls Lab” müsabiqəsinə ev sahibliyi edəcək

02.05.2025     28     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi və DAAD-nin AzTU-da alman dili müəllimi Klaudio Kasperlin təşkilatçılığı ilə “Falling Walls Lab” beynəlxalq müsabiqəyə ev sahibliyi edəcək. “Falling Walls Lab” müsabiqəsi ilk dəfə olaraq Azərbaycandan müraciət edəcək fərdi tədqiqatçılar və tələbələr üçün açıq elan olunub.

Layihənin əsas məqsədi müstəsna yaradıcı ideyaları təbliğ etmək və elmin bütün sahələrindən perspektivli gənc alim və tələbələri qlobal səviyyədə tanınmış platformada birləşdirməkdir. İştirakçılara beynəlxalq müsabiqədə iştirak etməklə öz tədqiqatlarını, biznes modellərini və ya təşəbbüslərini həmyaşıdlarına, yüksək səviyyəli münsiflər heyətinə və geniş ictimaiyyətə təqdim etmək imkanı yaradılır.

Namizədliyi təsdiq edilmiş müsabiqə iştirakçılarına təqdimat bacarıqları üzrə (piching) onlayn təlimlərin keçirilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak edəcək namizədlərin layihələri Azərbaycanın ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye müəssisələrindən ibarət olacaq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin yekun tədbiri iyunun 17-də AzTU-nun ev sahibliyi ilə keçiriləcək. Müsabiqənin Azərbaycan üzrə qalibi 2025-ci ilin noyabr ayında Berlində keçiriləcək yekun müsabiqədə öz layihəsini təqdim edəcək. 


Related news