Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Almaniyanın nüfuzlu universitetinin nümayəndələri AzTU-da olub

Almaniyanın nüfuzlu universitetinin nümayəndələri AzTU-da olub

02.05.2025     162     AzTU

Almaniyanın nüfuzlu Axen Reyn-Vestfaliya Texniki Universitetinin (RWTH Aachen – Axen Texniki Universiteti) Tekstil texnologiyaları bölməsinin rəhbəri professor Tomas Qris və Axen Texniki Universitetinin nəzdindəki İTA Akademiyasının Türkiyə üzrə regional nümayəndəsi Esra Yuksel Yılmaz Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Görüşdə həmçinin “Synergia Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva və şirkətin təlim üzrə baş məsləhətçisi Aytən Cəbrayılova da iştirak edib. Qonaqlar AzTU-nun rektoru professor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Rektor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetləri arasında uzunmüddətli tarixi əlaqələrin olduğunu bildirib.

Tekstil və ümumilikdə materiallar texnologiyaları, habelə sənaye proseslərinin avtomatlaşdırılması və robototexnika istiqamətində Axen Texniki Universitetinin fəaliyyəti barədə məlumat verən professor Qris müasir dövrdə sənayenin bütün sahələrində yeni növ materiallara və proseslərin avtomatlaşdırılmasına tələbatın getdikcə artdığını diqqətə çatdırıb.

Görüş zamanı Axen Texniki Universiteti ilə AzTU arasında professor-müəllim və tələbə mübadiləsi, mexatronika, materialşünaslıq və yaşıl enerji texnologiyaları sahəsində birgə tədqiqatlar və magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub.


Related news