Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı keçirilən “Açıq qapı” günündə iştirak edirlər

Abituriyentlər Türkiyə-Azərbaycan Universiteti ilə bağlı keçirilən “Açıq qapı” günündə iştirak edirlər

07.08.2024     481     AzTU

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq qapı” günündə iştirak edənlər arasında 600 baldan yüksək nəticə göstərən abituriyentlər çoxluq təşkil edir.

TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlərlə görüşərək onların universitetlə bağlı suallarını cavablandırır.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Tekniki Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.

Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.


Related news