Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Texniki xidmətlər şöbəsinə resurs təminatı mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

Texniki xidmətlər şöbəsinə resurs təminatı mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

2024-12-10
400

Azərbaycan Texniki Universitetinin (AzTU) Texniki xidmətlər şöbəsinə resurs təminatı mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.

Tələblər:

 Kitabxana informasiya və ya informasiya texnologiyaları sahəsi üzrə bakalavr təhsili;

• Kitabxana sistemi, satınalma və kataloq modulunda iş təcrübəsi;

• Universitetin satınalma və maliyyə mühasibatlıq kimi şöbələri ilə işləmək bacarığı;

• Kitabxana istifadəçiləri və universitetin akademik heyətinin sorğularına cavab vermək bacarığı;

• Dəqiq işləmək və detallara diqqət yetirmək bacarığı;

• Yaxşı ünsiyyət və təşkilatçılıq bacarığı;

• Problem həlletmə, analitik düşüncə və təşəbbüs ala bilmə bacarıqlarının olması;

• İngilis dilində sərbəst danışıq;

• Universitetin digər şöbə və mərkəzləri ilə əməkdaşlıq, nəzakətli iş münasibətlərini qorumaq və inkişaf etdirmək üçün yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq. 

Vəzifə öhdəlikləri:

• Universitetin profilinə uyğun kitab mağazaları, nəşriyyatlar və verilənlər bazalarını araşdırmaq;

• Kitabxana verilənlər bazalarının abunəliyini izləmək, yeni verilənlər bazalarını aşkar etmək və rəhbərliyi məlumatlandırmaq;

• Texniki avadanlıqların statistikasını aparmaq, çatışmayan materialların qiymətləndirməsini hazırlamaq;

• Aşkarlanmış yeni informasiya mənbələrini universitet ictimaiyyətinə təqdim etmək üçün KİM rəhbərliyinə təkliflər vermək;

• Nəşriyyatlarla əlaqələr quraraq nəşr siyahılarını nəzərdən keçirmək və alınacaq informasiya resurslarının siyahısını tərtib etmək;

• Dövri nəşrlərin abunəliyini nəzarətdə saxlamaq və onların qeydiyyatını aparmaq;

• Universitet tədris proqramına uyğun kitab, dövri nəşr, audiovizual material və filmlərin seçilməsi və sifariş edilməsi üçün universitetin mühasibatlıq, satınalma kimi müvafiq şöbələri ilə qarşılıqlı işin həyata keçirilməsi;

• Rüblük və illik informasiya resursları üzrə satınalma prosesləri ilə bağlı rəhbərliyə hesabat təqdim etmək;

• Yeni sistemdə mövcud olacaq Vahid Kitabxana Sistemində Satınalma modulunu tətbiq etmək və resursları həmin modulda qeydiyyata almaq;

• Kitabxana kolleksiyasını universitet heyəti, tələbə və müəllimlərin ehtiyaclarına uyğun zənginləşdirmək;

• Resursların texniki işlənməsini həyata keçirmək və digər əməkdaşlar tərəfindən icra olunan texniki prosesə nəzarət ;

• Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 25.12.2024-cü il saat 18:00