Azərbaycan Texniki Universitetinin (AzTU) Texniki xidmətlər şöbəsinə resurs təminatı mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.
Tələblər:
• Kitabxana informasiya və ya informasiya texnologiyaları sahəsi üzrə bakalavr təhsili;
• Kitabxana sistemi, satınalma və kataloq modulunda iş təcrübəsi;
• Universitetin satınalma və maliyyə mühasibatlıq kimi şöbələri ilə işləmək bacarığı;
• Kitabxana istifadəçiləri və universitetin akademik heyətinin sorğularına cavab vermək bacarığı;
• Dəqiq işləmək və detallara diqqət yetirmək bacarığı;
• Yaxşı ünsiyyət və təşkilatçılıq bacarığı;
• Problem həlletmə, analitik düşüncə və təşəbbüs ala bilmə bacarıqlarının olması;
• İngilis dilində sərbəst danışıq;
• Universitetin digər şöbə və mərkəzləri ilə əməkdaşlıq, nəzakətli iş münasibətlərini qorumaq və inkişaf etdirmək üçün yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq.
Vəzifə öhdəlikləri:
• Universitetin profilinə uyğun kitab mağazaları, nəşriyyatlar və verilənlər bazalarını araşdırmaq;
• Kitabxana verilənlər bazalarının abunəliyini izləmək, yeni verilənlər bazalarını aşkar etmək və rəhbərliyi məlumatlandırmaq;
• Texniki avadanlıqların statistikasını aparmaq, çatışmayan materialların qiymətləndirməsini hazırlamaq;
• Aşkarlanmış yeni informasiya mənbələrini universitet ictimaiyyətinə təqdim etmək üçün KİM rəhbərliyinə təkliflər vermək;
• Nəşriyyatlarla əlaqələr quraraq nəşr siyahılarını nəzərdən keçirmək və alınacaq informasiya resurslarının siyahısını tərtib etmək;
• Dövri nəşrlərin abunəliyini nəzarətdə saxlamaq və onların qeydiyyatını aparmaq;
• Universitet tədris proqramına uyğun kitab, dövri nəşr, audiovizual material və filmlərin seçilməsi və sifariş edilməsi üçün universitetin mühasibatlıq, satınalma kimi müvafiq şöbələri ilə qarşılıqlı işin həyata keçirilməsi;
• Rüblük və illik informasiya resursları üzrə satınalma prosesləri ilə bağlı rəhbərliyə hesabat təqdim etmək;
• Yeni sistemdə mövcud olacaq Vahid Kitabxana Sistemində Satınalma modulunu tətbiq etmək və resursları həmin modulda qeydiyyata almaq;
• Kitabxana kolleksiyasını universitet heyəti, tələbə və müəllimlərin ehtiyaclarına uyğun zənginləşdirmək;
• Resursların texniki işlənməsini həyata keçirmək və digər əməkdaşlar tərəfindən icra olunan texniki prosesə nəzarət ;
• Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 25.12.2024-cü il saat 18:00