Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Stenoqrafçı vəzifəsinə vakansiya elan olunur

Stenoqrafçı vəzifəsinə vakansiya elan olunur

2024-12-10
344

Azərbaycan Texniki Universitetində (AzTU) Stenoqrafçı vəzifəsinə vakansiya elan olunur.

Tələblər:

· Təhsil: Ali;

· Mətnləri tez və düzgün yazma qabiliyyəti, redaktə etmək bacarığı;

· Kompüter bacarıqları: Microsoft Office (xüsusilə Word və Excel) və digər ofis proqramları ilə işləmək bacarığı;

· Yüksək ünsiyyət bacarıqlarının olması;

· Qeydiyyat və sənəd dövriyyəsi üzrə təcrübə: protokol və hesabatların hazırlanmasında təcrübə;

· Sənədlərlə işləmək təcrübəsi (sənədləri çap, kseroks və skan etmək bacarığı);

· İnternetdən (axtarış sistemlərindən) istifadə bacarığı;

· Kargüzarlıq qaydalarından xəbərdar olması arzuolunandır;

· Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dili arzuolunandır). 

Vəzifə öhdəlikləri:

· Stenoqrafiya: Elmi şura iclasları zamanı müəyyən qeydlərin tez və dəqiq yazılması;

· Elmi şura iclaslarından sonra protokol layihələrinin və onlara uyğun olaraq çıxarışların formaya uyğun şəkildə yazılması və tərtibatı;

· Hazır protokol çıxarışlarının müvafiq struktur bölmələrinə göndərilməsi;

· Sənəd dövriyyəsi: Elmi katib üçün daxil olan sənədlərin qəbul edilməsi, sistemləşdirilməsi;

· Hesabatların hazırlanması və redaktə edilməsi;

· Məlumatların emalı: Daxil olan məlumatların analizi və tələb olunan formatda təqdim edilməsi;

· Sənədlərin arxivləşdirilməsi: Əhəmiyyətli sənədlərin düzgün və ardıcıl şəkildə arxivləşdirilməsi.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 25.12.2024-cü il saat 18:00