Azərbaycan Texniki Universitetində (AzTU) Stenoqrafçı vəzifəsinə vakansiya elan olunur.
Tələblər:
· Təhsil: Ali;
· Mətnləri tez və düzgün yazma qabiliyyəti, redaktə etmək bacarığı;
· Kompüter bacarıqları: Microsoft Office (xüsusilə Word və Excel) və digər ofis proqramları ilə işləmək bacarığı;
· Yüksək ünsiyyət bacarıqlarının olması;
· Qeydiyyat və sənəd dövriyyəsi üzrə təcrübə: protokol və hesabatların hazırlanmasında təcrübə;
· Sənədlərlə işləmək təcrübəsi (sənədləri çap, kseroks və skan etmək bacarığı);
· İnternetdən (axtarış sistemlərindən) istifadə bacarığı;
· Kargüzarlıq qaydalarından xəbərdar olması arzuolunandır;
· Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dili arzuolunandır).
Vəzifə öhdəlikləri:
· Stenoqrafiya: Elmi şura iclasları zamanı müəyyən qeydlərin tez və dəqiq yazılması;
· Elmi şura iclaslarından sonra protokol layihələrinin və onlara uyğun olaraq çıxarışların formaya uyğun şəkildə yazılması və tərtibatı;
· Hazır protokol çıxarışlarının müvafiq struktur bölmələrinə göndərilməsi;
· Sənəd dövriyyəsi: Elmi katib üçün daxil olan sənədlərin qəbul edilməsi, sistemləşdirilməsi;
· Hesabatların hazırlanması və redaktə edilməsi;
· Məlumatların emalı: Daxil olan məlumatların analizi və tələb olunan formatda təqdim edilməsi;
· Sənədlərin arxivləşdirilməsi: Əhəmiyyətli sənədlərin düzgün və ardıcıl şəkildə arxivləşdirilməsi.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 25.12.2024-cü il saat 18:00