Pakistanın Milli Elmlər və Texnologiya Universiteti (NUST) dünyanın hər yerindən olan tələbələri beynəlxalq təcrübə proqramında - NUST Internship Program for International Students (NIPIS) 2025 - iştirak etməyə dəvət edir.
NIPIS 2025 proqramı tələbələrə 7 iyul 2025-ci il tarixindən etibarən 4 həftəlik yay təcrübəsi keçmək, biliklərini zənginləşdirmək, praktiki bilik və bacarıqlar əldə etmək və yeni mədəniyyətlərlə tanış olmaq imkanı verir.
Proqramda iştirak edən tələbələr aşağıdakı üstünlüklərdən yararlana biləcəklər:
Pulsuz yaşayış, yemək və viza dəstəyi,
Mövzu üzrə ekspertlər tərəfindən mentorluq,
Ən müasir laboratoriyalarda tədqiqat təcrübəsi,
Sənaye səfərləri və kuratorlu mədəni ekskursiyalar.
Qeydiyyat üçün ödəniş: 25 ABŞ dolları
Sahələr: Mühəndislik, kompüter elmləri, biznes, memarlıq, psixologiya və s.
Qeydiyyat üçün son tarix: 23.05.2025
Qeydiyyat linki: NIPIS 2025 Registration Form
Qeyd edək ki, AzTU tələbələri üçün proqrama 10 yer ayrılıb.
Hər hansı sualınız yaranarsa [email protected] emailinə yazaraq əlaqə saxlaya bilərsiz.