Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Pakistanda beynəlxalq təcrübə proqramında iştirak etmək istəyənlərin nəzərinə!

Pakistanda beynəlxalq təcrübə proqramında iştirak etmək istəyənlərin nəzərinə!

2025-05-21
315

Pakistanın Milli Elmlər və Texnologiya Universiteti (NUST) dünyanın hər yerindən olan tələbələri beynəlxalq təcrübə proqramında - NUST Internship Program for International Students (NIPIS) 2025 - iştirak etməyə dəvət edir.

NIPIS 2025 proqramı tələbələrə 7 iyul 2025-ci il tarixindən etibarən 4 həftəlik yay təcrübəsi keçmək, biliklərini zənginləşdirmək, praktiki bilik və bacarıqlar əldə etmək və yeni mədəniyyətlərlə tanış olmaq imkanı verir. 

Proqramda iştirak edən tələbələr aşağıdakı üstünlüklərdən yararlana biləcəklər:

Pulsuz yaşayış, yemək və viza dəstəyi,

Mövzu üzrə ekspertlər tərəfindən mentorluq,

Ən müasir laboratoriyalarda tədqiqat təcrübəsi,

Sənaye səfərləri və kuratorlu mədəni ekskursiyalar. 

Qeydiyyat üçün ödəniş: 25 ABŞ dolları 

Sahələr: Mühəndislik, kompüter elmləri, biznes, memarlıq, psixologiya və s.

Qeydiyyat üçün son tarix: 23.05.2025 

Qeydiyyat linki: NIPIS 2025 Registration Form 

Qeyd edək ki, AzTU tələbələri üçün proqrama 10 yer ayrılıb. 

Hər hansı sualınız yaranarsa [email protected] emailinə yazaraq əlaqə saxlaya bilərsiz.

https://www.youtube.com/watch?v=Iuvw3BsnXZs