Magistraturaya qəbul olunan şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Portalda tələb olunan sənədlər:
· Ötən ilin məzunları üçün diplomun scan variantı;
· Builki məzunlar üçün məzun olmaqla bağlı arayışın scan variantı;
· Şəxsiyyət vəsiqəsinin scan variantı;
· Ödənişli ixtisasa qəbul olunanlar üçün ödəniş qəbzinin scan variantı.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.