Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Magistraturaya qəbul olunanların nəzərinə!

Magistraturaya qəbul olunanların nəzərinə!

2023-07-18
933

Magistraturaya qəbul olunan şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan  31 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Portalda tələb olunan sənədlər:

· Ötən ilin məzunları üçün diplomun scan variantı;

· Builki məzunlar üçün məzun olmaqla bağlı arayışın scan variantı;

· Şəxsiyyət vəsiqəsinin scan variantı;

· Ödənişli ixtisasa qəbul olunanlar üçün ödəniş qəbzinin scan variantı. 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.