Azərbaycan Texniki Universitetinin (AzTU) magistr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində 2024/2025 tədris ilinin yaz semestrində 2 aylıq təcrübə keçmək şansı əldə edə bilərlər.
Qeyd edək ki, təcrübə mübadiləsi aşağıdakı ixtisaslarda 2-ci kusrda təhsil alan magistr tələbələri üçün nəzərdə tutulub:
· Maşın mühəndisliyi
· Metallurgiya və materialşünaslıq
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- Ərizə forması (Application Form)
- Transkript (ÜOMG minimum 85 bal)
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi)
Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.
● Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
● IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
● Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 18.12.2024
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48