Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Magistr tələbələrinin nəzərinə!

Magistr tələbələrinin nəzərinə!

2024-12-04
392

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində 2024/2025 tədris ilinin yaz semestrində 2 aylıq təcrübə keçmək şansı əldə edə bilərlər. 

Qeyd edək ki, təcrübə mübadiləsi aşağıdakı ixtisaslarda 2-ci kusrda təhsil alan magistr tələbələri üçün nəzərdə tutulub:

· Maşın mühəndisliyi

· Metallurgiya və materialşünaslıq 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- Ərizə forması (Application Form)

- Transkript (ÜOMG minimum 85 bal)

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi) 

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.

●     Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

●     IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

●     Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 18.12.2024 

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48