Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar İstanbul Okan Universitetində təcrübə mübadiləsi

İstanbul Okan Universitetində təcrübə mübadiləsi

2024-12-23
410

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin İstanbul Okan Universitetində 2024/2025 tədris ilinin yaz semestrində 2 aylıq təcrübə keçmək şansı əldə edə bilərlər.  

Qeyd edək ki, təcrübə mübadiləsi aşağıdakı ixtisaslarda 2-ci kusrda təhsil alan magistr tələbələri üçün nəzərdə tutulub:

· Kompüter mühəndisliyi

· Elektrik və elektronika mühəndisliyi

· Maşın mühəndisliyi

· Mexatronika mühəndisliyi

· Avtomatika 

Mübadilə üçün tələb olunan sənədlər:

- Ərizə forması (Application Form)

- Transkript (ÜOMG minimum 85 bal)

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi) 

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dilindən imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 06.01.2025 

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48