Azərbaycan Texniki Universitetinin (AzTU) magistr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin İstanbul Okan Universitetində 2024/2025 tədris ilinin yaz semestrində 2 aylıq təcrübə keçmək şansı əldə edə bilərlər.
Qeyd edək ki, təcrübə mübadiləsi aşağıdakı ixtisaslarda 2-ci kusrda təhsil alan magistr tələbələri üçün nəzərdə tutulub:
· Kompüter mühəndisliyi
· Elektrik və elektronika mühəndisliyi
· Maşın mühəndisliyi
· Mexatronika mühəndisliyi
· Avtomatika
Mübadilə üçün tələb olunan sənədlər:
- Ərizə forması (Application Form)
- Transkript (ÜOMG minimum 85 bal)
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)
Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
· Sertifikat təqdim edilmədikdə ingilis dilindən imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 06.01.2025
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48