Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar İndoneziyada bir semestrlik mübadilə imkanı

İndoneziyada bir semestrlik mübadilə imkanı

2025-09-18
80

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri İndoneziya Universitetində 2025/2026 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

İndoneziya Universitetində mübadilə ilə bağlı ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz. 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;

- İngilis dili bölməsində təhsil almaq və ya IELTS 6 / TOEFL IBT 80 sertifikatı olmaq;

- Ərizə forması (yüklə);

- Transkript (ÜOMG minimum 75 bal).

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə İndoneziya Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq. 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

Müraciət üçün son tarix: 05.10.2025

Əlaqə:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: [email protected]

Tel: (+994 12) 539 13 48