Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri İndoneziya Universitetində 2025/2026 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
İndoneziya Universitetində mübadilə ilə bağlı ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
- İngilis dili bölməsində təhsil almaq və ya IELTS 6 / TOEFL IBT 80 sertifikatı olmaq;
- Ərizə forması (yüklə);
- Transkript (ÜOMG minimum 75 bal).
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə İndoneziya Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
Müraciət üçün son tarix: 05.10.2025
Əlaqə:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: [email protected]
Tel: (+994 12) 539 13 48