Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində Ankara Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

“Erasmus+” çərçivəsində Ankara Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

2024-10-18
509

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Ankara Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər

Qeyd edək ki, mübadilə aşağıdakı ixtisaslar üçün nəzərdə tutulub:

· Kompüter mühəndisliyi

· Elektrik və elektronika mühəndisliyi

Qeyd olunan ixtisaslarda tədris ingilis dilində aparılır. Ətraflı məlumatı linkə daxil olmaqla əldə edə bilərsiniz. 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;

- Ərizə forması (Application Form);

- Transkript (ÜOMG minimum 75 bal);

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 05.11.2024 

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: [email protected]

Tel: (+994 12) 539 13 48