Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Ankara Universitetində 2024/2025 tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər
Qeyd edək ki, mübadilə aşağıdakı ixtisaslar üçün nəzərdə tutulub:
· Kompüter mühəndisliyi
· Elektrik və elektronika mühəndisliyi
Qeyd olunan ixtisaslarda tədris ingilis dilində aparılır. Ətraflı məlumatı linkə daxil olmaqla əldə edə bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
- AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
- Ərizə forması (Application Form);
- Transkript (ÜOMG minimum 75 bal);
- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 05.11.2024
Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: [email protected]
Tel: (+994 12) 539 13 48