Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU əməkdaşlarının nəzərinə!

AzTU əməkdaşlarının nəzərinə!

2023-02-23
701

AzTU-nun akademik/inzibati heyətindən bir nəfər Erasmus+ mobillik proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində (KDU) bir həftə müddətində mobillikdə iştirak etmək hüququ qazana bilər.

Qeyd edək ki, 24-28 aprel 2023-cü il tarixlərində KDU-da “Beynəlmiləlləşmə və əlaqələrin qurulmasında yeni baxış” mövzusunda əməkdaşlar üçün beynəlxalq həftə keçiriləcək.

Universitetimizdən mobillik üçün seçilən əməkdaş həmin tədbirdə iştirak edərək AzTU-nu təmsil və universitet haqqında ingilis dilində təqdimatla çıxış etmək imkanı əldə edəcək. Əməkdaş - ingilis dili biliyi (tədbir ingilis dilində təşkil olunacaq), ünsiyyətcil və kommunikasiya qurma bacarığına görə seçiləcək.

Mobillik proqramında iştirak etmək istəyən əməkdaşlardan Ərizə Formasını 13.03.2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.