AzTU-nun akademik/inzibati heyətindən bir nəfər Erasmus+ mobillik proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində (KDU) bir həftə müddətində mobillikdə iştirak etmək hüququ qazana bilər.
Qeyd edək ki, 24-28 aprel 2023-cü il tarixlərində KDU-da “Beynəlmiləlləşmə və əlaqələrin qurulmasında yeni baxış” mövzusunda əməkdaşlar üçün beynəlxalq həftə keçiriləcək.
Universitetimizdən mobillik üçün seçilən əməkdaş həmin tədbirdə iştirak edərək AzTU-nu təmsil və universitet haqqında ingilis dilində təqdimatla çıxış etmək imkanı əldə edəcək. Əməkdaş - ingilis dili biliyi (tədbir ingilis dilində təşkil olunacaq), ünsiyyətcil və kommunikasiya qurma bacarığına görə seçiləcək.
Mobillik proqramında iştirak etmək istəyən əməkdaşlardan Ərizə Formasını 13.03.2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.