Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-da Qiymətləndirmə və inkişaf sektoruna rəhbər vəzifəsinə vakansiya elan edilir

AzTU-da Qiymətləndirmə və inkişaf sektoruna rəhbər vəzifəsinə vakansiya elan edilir

2024-11-25
396

Azərbaycan Texniki Universitetinin (AzTU) Qiymətləndirmə və inkişaf sektoruna rəhbər vəzifəsinə vakansiya elan edilir.

Tələblər:

· Ali təhsil;

· Qiymətləndirmə və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (qiymətləndirmə və inkişaf istiqamətində rəhbərlik təcrübəsi üstünlükdür);

· Qiymətləndirmə və inkişaf sahəsi üzrə yeni yanaşmalar və konsepsiyalar barədə məlumatlılıq və tətbiq etmə bacarığı;

· Təqdimat hazırlamaq və məlumatı qrafik şəkildə təsvir etmək bacarığı;

· Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;

· Yaxşı səviyyədə ingilis dili biliyi.

· İdarəetmə və liderlik qabiliyyəti;

· Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək və təşkilatçılıq  bacarığı;

· Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;

· Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

· Qiymətləndirmə və inkişaf  şöbəsinin fəaliyyətinin təşkili və rəhbərlik edilməsi;

· Qurum əməkdaşları üçün təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsinin təşkili;

· Təlim, qiymətləndirmə və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsinin təmin edilməsi;

· Universitetdaxili və xarici təlimlərin təşkil edilməsi;

· Təlim, inkişaf və qiymətləndirmə xidməti göstərən təşkilatların seçilməsi üçün işlərin təşkil edilməsi;

· Əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və təşkili;

· Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə, inkişaf konsepsiyalarının işlənilməsinin təşkili;

· Performans təhlillərinə uyğun olaraq işçilərin hədəf və məqsədlərinin yerinə yetirilməsi üçün lazımi dəstək verərək təlimlərin təmin olunması;

· Əməkdaşların qiymətləndirilməsi prosesinin təşkil edilməsi;

· Əsas fəaliyyət göstəricilərini, ali təhsil müəssisəsinin dəyər və strateji hədəflərini nəzərə almaqla performans qiymətləndirmə sisteminin tətbiqi;

· Mükafatlandırma sisteminin yaradılması və həyata keçirilməsi;

· İl sonu qiymətləndirmə prosesinə nəzarət etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 10.12.2024-cü il saat 18:00