Azərbaycan Texniki Universitetinin (AzTU) Qiymətləndirmə və inkişaf sektoruna rəhbər vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Ali təhsil;
· Qiymətləndirmə və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (qiymətləndirmə və inkişaf istiqamətində rəhbərlik təcrübəsi üstünlükdür);
· Qiymətləndirmə və inkişaf sahəsi üzrə yeni yanaşmalar və konsepsiyalar barədə məlumatlılıq və tətbiq etmə bacarığı;
· Təqdimat hazırlamaq və məlumatı qrafik şəkildə təsvir etmək bacarığı;
· Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
· Yaxşı səviyyədə ingilis dili biliyi.
· İdarəetmə və liderlik qabiliyyəti;
· Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək və təşkilatçılıq bacarığı;
· Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
· Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
· Qiymətləndirmə və inkişaf şöbəsinin fəaliyyətinin təşkili və rəhbərlik edilməsi;
· Qurum əməkdaşları üçün təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsinin təşkili;
· Təlim, qiymətləndirmə və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsinin təmin edilməsi;
· Universitetdaxili və xarici təlimlərin təşkil edilməsi;
· Təlim, inkişaf və qiymətləndirmə xidməti göstərən təşkilatların seçilməsi üçün işlərin təşkil edilməsi;
· Əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və təşkili;
· Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə, inkişaf konsepsiyalarının işlənilməsinin təşkili;
· Performans təhlillərinə uyğun olaraq işçilərin hədəf və məqsədlərinin yerinə yetirilməsi üçün lazımi dəstək verərək təlimlərin təmin olunması;
· Əməkdaşların qiymətləndirilməsi prosesinin təşkil edilməsi;
· Əsas fəaliyyət göstəricilərini, ali təhsil müəssisəsinin dəyər və strateji hədəflərini nəzərə almaqla performans qiymətləndirmə sisteminin tətbiqi;
· Mükafatlandırma sisteminin yaradılması və həyata keçirilməsi;
· İl sonu qiymətləndirmə prosesinə nəzarət etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 10.12.2024-cü il saat 18:00