Almaniyanın Meklenburq-Ön Pomeraniya (Mecklenburg-Vorpommern) vilayətində yerləşən universitetlərin birgə təşkil etdiyi SustainMV beynəlxalq yay məktəbi proqramına müraciətlər qəbul olunur. Proqramın əsas mövzusu müxtəlif sahələrdə davamlı inkişaf (sustainability) məsələləridir və iştirakçılara bu sahədə çalışan mütəxəssislərin tədqiqatları ilə tanış olmaq imkanı yaradır. Proqram onlayn və əyani formatda olmaqla, iki hissədən ibarət olacaq. Proqram haqqında ətraflı məlumat üçün https://sustainmv.de/ səhifəsinə keçid edə bilərsiniz.
Proqramın mövzusu:
Coastal Futures – Regional potensiala əsaslanan davamlı gələcəyin qurulması
Proqram çərçivəsində 6 sahə üzrə müzakirələr və fəaliyyətlər keçiriləcək:
· Turizm
· Bərpa olunan enerji
· Rəqəmsal və texnoloji innovasiyalar
· Təkrar emal və tullantıların idarə olunması
· Ekosistemlər
· Sosial davamlılıq
Fəaliyyətlərə həmçinin seminar və mühazirələr, vorkşoplar, ekskursiyalar, universitet laboratoriyalarına turlar daxildir.
Proqramda vacib tarixlər:
Onlayn proqram: 18-20 avqust 2026
Əyani proqram: 24 avqust - 4 sentyabr 2026
Kimlər müraciət edə bilər?
Proqramın mövsusuna uyğun sahələrdə təhsil alan 3-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri
İngilis dili səviyyəsi minimum B2
Ödəniş və xərclər:
Onlayn proqram: ödənişsizdir
Əyani proqram: təhsil və qalmaq xərcləri qarşılanır
Qəbul alan tələbələr proqrama qeydiyyatdan keçmək üçün 150 avro ödəyəcəklər.
Sertifikat və kredit:
Yalnız onlayn iştirak edənlərə “İştirak sertifikatı” veriləcək.
Onlayn və əyani proqramı tamamlayanlar sertifikat və 4 ECTS kredit qazanacaqlar.
Müraciət üçün tələb olunan sənədlər:
Tələbə bileti
Motivasiya məktubu
Ümumvətəndaş pasportunun surəti
İngilis dili biliyini təsdiq edən sənəd
Müraciət üçün son tarix: 02.04.2026
Müraciət linki:
https://sustainmv.de/ və ya https://unigreifsw.moveon4.de/form/698afc566f2a10ab670f11b0/eng
Qeyd: Müraciət edən tələbələrdən müraciət etdikdən sonra aşağıdakı məlumatları [email protected] emailinə yazaraq məlumat vermələri xahiş olunur:
Ad Soyad
Fakültə/İxtisas
Qrup №