Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Almaniyada Yay Məktəbi – 2026” üçün müraciətlərin qəbulu başladı

“Almaniyada Yay Məktəbi – 2026” üçün müraciətlərin qəbulu başladı

2026-03-12
104

Almaniyanın Meklenburq-Ön Pomeraniya (Mecklenburg-Vorpommern) vilayətində yerləşən universitetlərin birgə təşkil etdiyi SustainMV beynəlxalq yay məktəbi proqramına müraciətlər qəbul olunur. Proqramın əsas mövzusu müxtəlif sahələrdə davamlı inkişaf (sustainability) məsələləridir və iştirakçılara bu sahədə çalışan mütəxəssislərin tədqiqatları ilə tanış olmaq imkanı yaradır. Proqram onlayn və əyani formatda olmaqla, iki hissədən ibarət olacaq. Proqram haqqında ətraflı məlumat üçün https://sustainmv.de/ səhifəsinə keçid edə bilərsiniz.

Proqramın mövzusu:

Coastal Futures – Regional potensiala əsaslanan davamlı gələcəyin qurulması

Proqram çərçivəsində 6 sahə üzrə müzakirələr və fəaliyyətlər keçiriləcək:

· Turizm

· Bərpa olunan enerji

· Rəqəmsal və texnoloji innovasiyalar

· Təkrar emal və tullantıların idarə olunması

· Ekosistemlər

· Sosial davamlılıq

Fəaliyyətlərə həmçinin seminar və mühazirələr, vorkşoplar, ekskursiyalar, universitet laboratoriyalarına turlar daxildir. 

Proqramda vacib tarixlər:

Onlayn proqram: 18-20 avqust 2026

Əyani proqram: 24 avqust - 4 sentyabr 2026 

Kimlər müraciət edə bilər?

Proqramın mövsusuna uyğun sahələrdə təhsil alan 3-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri

İngilis dili səviyyəsi minimum B2 

Ödəniş və xərclər:

Onlayn proqram: ödənişsizdir

Əyani proqram: təhsil və qalmaq xərcləri qarşılanır

Qəbul alan tələbələr proqrama qeydiyyatdan keçmək üçün 150 avro ödəyəcəklər. 

Sertifikat və kredit:

Yalnız onlayn iştirak edənlərə “İştirak sertifikatı” veriləcək.

Onlayn və əyani proqramı tamamlayanlar sertifikat və 4 ECTS kredit qazanacaqlar. 

Müraciət üçün tələb olunan sənədlər:

Tələbə bileti

Motivasiya məktubu

Ümumvətəndaş pasportunun surəti

İngilis dili biliyini təsdiq edən sənəd 

Müraciət üçün son tarix: 02.04.2026 

Müraciət linki:

https://sustainmv.de/ və ya https://unigreifsw.moveon4.de/form/698afc566f2a10ab670f11b0/eng 

Qeyd: Müraciət edən tələbələrdən müraciət etdikdən sonra aşağıdakı məlumatları [email protected] emailinə yazaraq məlumat vermələri xahiş olunur:

Ad Soyad

Fakültə/İxtisas

Qrup №