Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da AMAS sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

AzTU-da AMAS sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

17.12.2025     57     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) AMAS sisteminin istifadəsinə dair təlim keçirilib. Təlimdə AzTU-nun Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov AMAS sisteminin funksional imkanları və tətbiq mexanizmləri barədə ətraflı məlumat verib.

AMAS sisteminin diferensial əməkhaqqı mexanizminə təsiri, sistemdə qeydiyyatdan keçmək qaydası, eləcə də istifadə prosesində yarana biləcək texniki və təşkilati məsələlər diqqətə çatdırılıb. Təlim iştirakçıları üçün sistemin effektiv istifadəsi və mümkün problemlərin operativ həlli yolları da izah edilib.

Təlimdə universitetin müxtəlif fakültə və kafedralarını təmsil edən çoxsaylı əməkdaş iştirak edib. Sonda iştirakçıların ünvanladığı suallar cavablandırılıb.


Digər xəbərlər