Qazaxıstanın L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Kosmik Texnika və Texnologiyalar kafedrasının dosenti Assıl-Dastan Bazarbek Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
AzTU-nun Müdafiə sistemləri və texnoloji inteqrasiya kafedrasının müdiri professor Uğurlu Nadirov universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib. Assıl-Dastan Bazarbek də öz növbəsində təmsil etdiyi universitet haqqında təqdimatla çıxış edib. Daha sonra qonaq aerokosmik mühəndislik sahəsində müasir inkişaf tendensiyaları və innovativ yanaşmalarla bağlı AzTU-nun müəllim və tələbələri üçün seminar keçib.
Qonaq həmçinin AzTU-nun tədqiqat mərkəzləri və laboratoriyaları ilə tanış olub.