Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Peerstack Academy”də proqramlaşdırma kursu keçən tələbələrin layihələrinin təqdimatı olub

“Peerstack Academy”də proqramlaşdırma kursu keçən tələbələrin layihələrinin təqdimatı olub

29.01.2026     69     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin “Peerstack Academy”də proqramlaşdırma kursu keçən tələbələrinin layihələrinin təqdimatı olub.

Layihə rəhbəri Camal Rzayev və əməliyyatlar üzrə direktor Məryəm Abbaszadə-Poladova fənn əvəzləməsi çərçivəsində kurs keçən tələbələrin layihə müddətində komanda ilə işləmə bacarığını, fəallığını yüksək qiymətləndirib və bütün tələbələri proqramlaşdırma kursunu müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib.

İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin dekanı Leyla Məmmədova tələbələrin proqramlaşdırma sahəsində praktik təcrübə qazanmasının əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzu edib.

Daha sonra tələbələr öz layihələrini təqdim edib və qazandıqları təcrübə haqqında təəssüratlarını bölüşüblər.

Sonda tələbələrə sertifikatlar təqdim olunub.


Digər xəbərlər