Özbəkistanın Daşkənd Dövlət Texniki Universitetinin Elektrik təchizatı kafedrasının müdiri professor İkramjan Rahmonov, Elektrik şəbəkələri, elektrik stansiyaları və elektroenergetik sistemlər kafedrasının müdiri professor Şerxan Lətibov, həmçinin Karakalpak Dövlət Universitetinin Elektroenergetika kafedrasının müdiri professor Kamal Reymov Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
Səfər çərçivəsində Özbəkistan nümayəndələri ilə AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli və Energetika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev arasında görüş keçirilib. Görüş zamanı akademik və elmi fəaliyyət sahələrində qarşılıqlı təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması, kadr hazırlığı və təhsil proqramlarının inkişafı üzrə gələcək əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.
Qonaq professorlar Energetika fakültəsinin tələbələri üçün elektroenergetikanın inkişaf perspektivləri mövzusunda mühazirə oxuyub.