Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Özbəkistan universitetinin nümayəndələri AzTU-da olub

Özbəkistan universitetinin nümayəndələri AzTU-da olub

12.03.2026     88     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Əndican Dövlət Texniki İnstitutu (ƏDTİ) ilə əməkdaşlığı çərçivəsində ƏDTİ-nin Dillər və humanitar elmlər kafedrasının professor-müəllim heyəti mübadilə proqramı ilə AzTU-nun qonağı olub.

Qonaqlar AzTU-nun Xarici dillər kafedrasının tədris prosesi ilə tanış olub, professor müəllim heyəti ilə görüş keçirib.

Görüş zamanı Xarici dillər kafedrasının müdiri professor Səbinə Alməmmədova tədris, tədqiqat, akademik mübadilə, birgə tədbirlərin keçirilməsi imkanlarını qonaqların diqqətinə çatdırıb, sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 


Digər xəbərlər